Rusiyada terror aktı zamanı ölənlərin sayı 80 nəfərə çatıb

Sonuncu məlumata görə, “Crocus City Hall” ticarət mərkəzində törədilmiş terror aktı nəticəsində 80 nəfər həlak olub, onlardan 3-ü uşaqdır.

AZƏRTAC xəbər verir ki, ölənlərin sayının arta biləcəyi bildirilir. Xəstəxanalarda 121 nəfər müalicə alır.

Həlak olanların rəsmi siyahısı Moskva vaxtı ilə saat 10-da dərc ediləcək.

Hadisəni törətməkdə şübhəli bilinən iki nəfərin Bryansk vilayətində saxlanıldığı bildirilir. KİV-in məlumatına görə, saxlanılan avtomobildə 6 nəfər olub. Onların 4-ü qaçıb. Saxlanılanlar Tacikistan vətəndaşlarıdır.

ƏvvəlkiRusiyada baş vermiş terror aktı ilə əlaqədər 11 nəfər saxlanılıb
NövbətiPrezident İlham Əliyev terror aktı ilə əlaqədar Rusiya Prezidenti Vladimir Putinə başsağlığı verib