Rusiyada növbəti koronavirus vaksini qeydiyyata alınıb

Rusiya Səhiyyə Nazirliyi koronavirusa qarşı “Sputnik Layt” vaksinini qeydiyyatdan keçirib.

Trend-in məlumatına görə, bu barədə nazirlik bildirib.

Qeyd olunub ki, hazırda preparatın sınaqlarının üçüncü mərhələsi başa çatmaq üzrədir.

“Sputnik Layt” vaksini “Sputnik V”-in sadələşdirilmiş versiyasıdır. Həmin vaksn bir komponentdən ibarətdir və iki doza əvəzinə bir dozanın vurulmasını tələb edir.

Rusiya Səhiyyə Nazirliyinin məlumatına görə, “Sputnik Layt” əsasən xarici bazarlara ixrac üçün nəzərdə tutulub.

ƏvvəlkiCeyhun Bayramov Tacikistanın Prezidenti ilə görüşüb
NövbətiPeyvənd olunan müəllim və texniki heyətin sayı açıqlanıb