Rusiyada mikroavtobusun qəzaya uğraması nəticəsində azı 16 nəfər ölüb

Rusiyanın Ulyanovsk vilayətində mikroavtobusun qəzaya uğraması nəticəsində azı 16 nəfər ölüb, daha 3 nəfər xəsarət alıb.

“Report”un məlumatına görə, bu barədə TASS-a fövqəladə hallar xidmətindəki mənbə bildirib.

Hadisə vilayətin Nikolayevsk rayonunda, M-5 Ural avtomobil yolunun 809-cu km-də qeydə alınıb.

Daxili İşlər Nazirliyinin regional idarəsindən verilən məlumata görə, ağır yük maşınının sürücüsü qarşıdan gələn zolağa çıxaraq mikroavtobusla toqquşub.

İlkin məlumata görə, Ulyanovsk vilayətində qəzaya uğrayan mikroavtobusda Qazaxıstan vətəndaşları olub.

Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerindədir və hadisənin səbəbləri araşdırılır.

ƏvvəlkiDövlət İmtahan Mərkəzi növbəti imtahanlar keçirib
NövbətiƏrdoğan ölkə əhalisinə müraciət edəcək