Rusiyada 8 partiyanın dövlət qeydiyyatı ləğv edilib

Rusiya Ədliyyə Nazirliyi seçkilərdə iştirak etmədiyi üçün 8 partiyanın dövlət qeydiyyatını ləğv edib.

Türk.az xəbər verir ki, məlumatı RİA “Novosti” yayıb.

Qeydiyyatı ləğv edilən siyasi təşkilatlar bunlardır: Qadınlar Rusiya Uğrunda, Yaşıllar Birliyi, Şəhərlilər İttifaqı, Rusiya Xalq Partiyası, Rusiya Sosial-Demokrat Partiyası, Rusiya Pensiyaçılar Partiyası, Rusiya Şəhəri və Rusiya Aqrar Partiyası.

Məhkəmə daha 3 siyasi partiyanın – Xalq Alyansı Partiyası, Monarxiya Partiyası və Doğru İnsan Ümumrusiya Partiyasının dövlət qeydiyyatının ləğvi barədə qərar çıxarıb. Amma həmin qərar hələlik qüvvəyə minməyib. Bu istiqamətdə araşdırmaların davam etdiriləcəyi bildirilib.

ƏvvəlkiCavid Qurbanov: “Azərbaycan Dəmir Yolları”nda orta aylıq əmək haqqı 583 manata çatıb”
NövbətiAzərbaycanın Baş naziri və Ukrayna Prezidenti birgə işçi nahar ediblər