Rusiya XİN başçısı: “Bakı və Moskva arasındakı hərbi əməkdaşlıq regiondakı qüvvələr balansı nəzərə alınmaqla aparılır”

“Hərbi-texniki əməkdaşlıq Moskva və Bakı arasındakı strateji tərəfdaşlığın vacib sahələrindən biridir”.

“Report” xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarovla Bakıdakı görüşdən sonra keçirilən mətbuat konfransında Azərbaycana silah satılması ilə bağlı Ermənistanın KTMT ölkələrinə qarşı iddialarına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Rusiya hərbi-texniki əməkdaşlığı beynəlxalq hüquq normalarına tam uyğun şəkildə inkişaf etdirir, regiondakı qüvvələr balansını və sabitliyin qorunmasının əhəmiyyətini nəzərə almaqla aparır.

S.Lavrov yeni sazişin bağlanacağını istisna etməyib: “Müəyyən fikirlər var”.

ƏvvəlkiAzərbaycan Prezidenti Türkiyənin Nəqliyyat və İnfrastruktur nazirini qəbul edib
Növbəti“Bakutel 2019” 25-ci Yubiley Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi öz işinə başlayıb