Rusiya və Türkiyə arasında Avrasiyadakı inteqrasiya prosesləri müzakirə edilib

Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin və Türkiyənin Moskvadakı səfiri Tanju Bilgiç iki dövlət arasında çoxtərəfli platformalarda qarşılıqlı fəaliyyət perspektivlərini müzakirə ediblər.

“Report”un məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.

Görüşdə çoxtərəfli və regional iqtisadi platformalarda Rusiya-Türkiyə qarşılıqlı fəaliyyətinin hazırkı vəziyyəti və perspektivləri, dünya iqtisadiyyatının və ticarətinin vəziyyəti, Avrasiyada inteqrasiya proseslərinin inkişafı müzakirə edilib.

Xatırladaq ki, Tanju Bilgiç bundan əvvəl Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov ilə iki ölkə arasında çoxtərəfli mexanizmlər çərçivəsində qarşılıqlı fəaliyyətin praktiki aspektlərini müzakirə edib.

ƏvvəlkiNigeriyada silahlıların hücumları nəticəsində ölənlərin sayı 200-ə yaxınlaşıb
NövbətiKəlbəcər və Laçında 5 KSES-in bərpası üçün iki şirkət ilə müqavilə imzalanıb