Rusiya və Özbəkistan prezidentləri arasında telefon danışığı olub

Rusiya və Özbəkistan prezidentləri Vladimir Putinlə Şavkat Mirziyoyev arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Tərəflər Rusiya-Özbəkistan strateji tərəfdaşlığı və müttəfiqliyini daha da gücləndirmək barədə qarşılıqlı iradənin olduğunu təsdiq ediblər.

Rusiya tərəfi Özbəkistan rəhbərliyinin Qaraqalpaqıstanda vəziyyəti sabitləşdirmək səylərini dəstəklədiyini bildirib.

ƏvvəlkiMərkəzi Bank İdarə Heyətinin sabiq üzvlərinin işdən azad edilməsi ilə bağlı açıqlama yayıb
NövbətiAzərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyanın 18-ci iclası keçirilib