Rusiya ümid edir ki, Qarabağda minaların təmizlənməsi prosesi sürətlənəcək – Mariya Zaxarova SİYASƏT

Rusiya ümid edir ki, Qarabağda minaların təmizlənməsi prosesi sürətlənəcək.

Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O bildirib ki, Rusiya Qarabağla bağlı üçtərəfli işçi qrupun yaxın zamanlarda işini bərpa edəcəyinə ümid edir: “Ərazilərin minalardan təmizlənməsi hər bir silahlı münaqişənin ən təhlükəli və çətin aradan qaldırıla bilən problemidir. Rusiya Qarabağın münaqişədən sonrakı minadan təmizlənmə prosesinə böyük töhfə verir. Ötən il noyabrın 23-dən Rusiya sülhməramlı kontingentinin səyləri ilə 26 min partlayıcı maddə aşkar edilib və 2 min hektardan çox ərazi təmizlənib, 2 min tikili və 650 kilometr yoxlanılıb. Biz tərəfləri minalanmış ərazilər haqqında məlumatların mübadiləsi daxil olmaqla minaların təmizlənməsi məsələsində əməkdaşlığa çağırırıq və bu prosesin tezləşdirilməsinə ümid edirik”.

ƏvvəlkiFHN çimərlik mövsümünün başlaması ilə əlaqədar əhaliyə müraciət edib
NövbətiTibb işçilərinin adına maaş yazıb mənimsəyən baş həkimin əməlləri ifşa olundu