Rusiya səfirinin qatillərindən 5-i ömürlük azadlıqdan məhrum edilib

Ankara məhkəməsi Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətli ilə bağlı cinayət işi üzrə 6 nəfərin 5 ildən 9 ilədək azadlıqdan məhrum edilməsi haqqında hökm çıxarıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, 28 müttəhimdən 5-nə bəraət verilib. Daha 5 nəfər isə ömürlük azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov 2016-cı il dekabrın 19-da Ankarada fotosərginin açılışında çıxış edən zaman öldürülüb. Hücum edən polis məmuru Mövlud Mərd Altundaş da polis tərəfindən zərərsizləşdirilib.

ƏvvəlkiBu gün Yel çərşənbəsidir
NövbətiAzərbaycanda koronavirusdan 126 nəfər sağalıb, 297 yeni yoluxma faktı qeydə alınıb