Rusiya Qoşun Qruplaşmaları Birliyinin komandiri dəyişib Qoşun Qruplaşmaları Birliyinin komandiri dəyişib

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Baş Qərargah rəisi Valeri Gerasimovu Qoşun Qruplaşmaları Birliyinin komandiri təyin edib.

AZƏRTAC xəbər verir ki, V.Gerasimov bu vəzifədə Kosmik Hava Qüvvələrinin Baş komandanı Sergey Surovikini əvəz edib.

Qeyd edək ki, S.Surovikin Qoşun Qruplaşmaları Birliyinə ötən il oktyabrın 8-də təyin edilmişdi. Rusiya müdafiə nazirinin əmri ilə indi o, V.Gerasimovun müavini vəzifəsini icra edəcək.

Rusiya Müdafiə Nazirliyi yerdəyişmələri xüsusi hərbi əməliyyat çərçivəsində “həll olunmalı vəzifələrin miqyasının artması” ilə izah edib.

ƏvvəlkiBu gün Azərbaycanda COVID-19 əleyhinə 477 doza vaksin vurulub
NövbətiQərbi Azərbaycan İcması müraciət yayıb