Rusiya Qəzza əhalisi üçün yeni humanitar yardım göndərib

Rusiya Qəzza zolağının əhalisi üçün Misirə humanitar yardımın üçüncü partiyasını göndərib.

Trend-in məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi bildirib.

“Rusiya Fövqəladə Hallar Nazirliyinin iki xüsusi təyyarəsi Qəzza zolağının əhalisi üçün 60 ton humanitar yük çatdıracaq. Fövqəladə Hallar Nazirliyinin “İl-76″ təyyarəsi Qroznı Beynəlxalq Hava Limanından Misir Ərəb Respublikasına uçub”, – deyə qeyd olunub.

Humanitar yardıma qida, döşəklər, yastıqlar və şəxsi qulluq məhsulları daxildir.

ƏvvəlkiRamazan Kadırovun 16 yaşlı oğlu yüksək vəzifəyə təyin edilib
Növbətiİsrail Qəzzada əhalinin evakuasiyası üçün humanitar dəhliz açır