Rusiya ordusu Xersonu atəşə tutub, altı nəfər ölüb, yaralılar var

Rusiya ötən gecə Ukraynanın Xerson şəhərini atəşə tutub, altı nəfər ölüb, yaralılar var.

“Report” xəbər verir ki, bu barədə “RBC-Ukraina” Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin bəyanatına istinadən məlumat yayıb.

“Xerson vilayətində minatəmizləmə işlərini yerinə yetirərkən pirotexniklərimiz atəşə tutulub. Biri qadın feldşer olmaqla daha iki nəfər yaralanıb. Hazırda yaralılar xəstəxanaya yerləşdirilib. Avadanlıqlar məhv edilib”, – Fövqəladə Hallar Dövlət Xidmətindən bildirilib.

ƏvvəlkiBir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü verilib
NövbətiAğdamda sambo güləşi üzrə açıq respublika turnirinə yekun vurulub