Rusiya Müdafiə Nazirliyinin təyyarəsi qəzaya uğrayıb, pilot ölüb

Rusiyanın Belqorod vilayətinin Valuy şəhər dairəsində Müdafiə Nazirliyinin “Su-25” təyyarəsinin qəzaya uğraması nəticəsində pilot ölüb.

“Report” xəbər verir ki, məlumatı “Mash” yayıb.

Bildirilib ki, pilot katapult edərkən yaralanıb və aldığı xəsarətdən ölüb.

İlkin məlumata əsasən, qırıcı texniki cəhətdən nasaz olduğu üçün idaretməni itirib.

Hadisə ilə bağlı araşdırma davam edir.

ƏvvəlkiMüdafiə Nazirliyi sürücü ixtisası üzrə kursa qəbul elan edir
Növbətiİstehlaka yararsız qida məhsulları məhv edilib