Rusiya Krivoy-Roq şəhərinə hücum edib, 10 nəfər ölüb, 28 nəfər yaralanıb

Rusiyanın Ukraynanın Krivoy Roq şəhərinə raket zərbələri endirməsi nəticəsində ölənlərn sayı 10-a çatıb.

“Report” xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayəti hərbi administrasiyasının başçısı Sergey Lısak bildirib.

Onun sözlərinə görə, 6 nəfərin meyiti özəl müəssisənin dağıntıları altından çıxarılıb, daha 1 nəfərin axtarışı isə davam edir: “Raket zərbəsinin beşmərtəbəli yaşayış binasına düşməsi nəticəsində isə daha 4 nəfər ölüb, 28 nəfər yaralanıb”.

Xatırladaq ki, iyunun 14-ü Krivoy Roqda matəm elan edilib.

ƏvvəlkiSumqayıtda zavodda yanğın baş verib
NövbətiAzərbaycan Ordusu Türkiyə modeli əsasında inkişaf edir