Rusiya DİN ukraynalı müğənni Camalanı axtarışa verib

“Eurovision-2016” mahnı müsabiqəsinin qalibi, Camala kimi tanınan ukraynalı müğənni Susana Camaladdinova Rusiya Daxili İşlər Nazirliyi tərəfindən axtarışa verilib.

AZƏRTAC xəbər verir ki, Rusiya mediası bu barədə Daxili İşlər Nazirliyinin axtarış bazasına istinadla məlumat yayıb. Onun hansı maddə ilə axtarışa verildiyi deyilmir. Hüquq-mühafizə orqanları axtarışın Rusiya ordusu haqda yalan informasiyaya görə elan oluna biləcəyini bildirir.

Qeyd edək ki, Krım-tatar əsilli müğənni Camala 50 il ərzində Rusiyaya girişi qadağan edilən ukraynalı artistlərin siyahısına daxil edilib.

ƏvvəlkiMixael Saakaşvili məhkəmədə prezidentdən əfv istəyib
NövbətiXİN-də Qarabağda Ermənistanın qeyri-qanuni hərbi fəaliyyəti və növbəti hərbi cinayət planları ilə bağlı aşkarlanmış yeni faktlara dair brifinq keçirilib