Rusiya Azərbaycana səfər edən erməni mənşəli vətəndaşlarına xəbərdarlıq edib

Rusiyanın Xarici İşlər Nazirliyi (XİN) ölkə vətəndaşlarını Azərbaycana səfər planlaşdıran zaman qətiyyətlə qarşıya çıxa biləcək riskləri dəyərləndirməyi tövsiyə edib.

Türk.azTASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Rusiya XİN saytının “Rusiya vətəndaşları üçün xəbərdarlıq” bölməsinə yerləşdirilən məlumatda deyilir.

Tövsiyə guya erməni mənşəli Rusiya vətəndaşlarının davamlı şəkildə Azərbaycana buraxılmaması təcrübəsi ilə əsaslandırılıb.

ƏvvəlkiMehriban Əliyeva Fransanın Orsey muzeyini ziyarət edib
NövbətiDİM: Minimal bal tələbini ödəməyən bakalavrlara imtahanın ikinci mərhələsində iştiraka imkanı veriləcək