Rusiya ABŞ-ın dövlət istiqrazlarına investisiyalarını 8,5 milyard dollara endirib

Bu ilin iyul ayında Rusiya ABŞ-ın dövlət istiqrazlarını investisiyalarını 2,35 milyard dollar azaldaraq 10,85 milyard dollardan 8,5 milyard dollara endirib.

“Report” bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Məlumatda deyilir ki, hazırda Rusiyanın ABŞ-a məxsus uzunmüddətli qiymətli kağızlarda 6,24 milyard dollar, qısamüddətli qiymətli kağızlarda isə 2,26 milyard dollar investisiyası var. Son nəticədə Rusiya daha ABŞ-a borc vermiş ölkələrin ilk 3-lüyünə daxil deyil.

Qeyd edək ki, sözügedən siyahıya liderlik 1 131 milyard dollarlıq göstərici ilə Yaponiyaya məxsusdur. Çin 1 110 milyard dollarlıq göstərici ilə II, Böyük Britaniya isə 334,7 milyard dollarlıq göstərici ilə III yerdə qərarlaşıb. İyulda Yaponiya investisiyalarını 7,9 milyard dollar artırıb, Çin və Böyük Britaniya isə müvafiq olaraq 2,2 milyard dollar və 6,4 milyard dollar azaldıb.

Əvvəlkiİran səfirliyi: Tehranda keçirilən erməni olimpiadasında Qarabağdan olan komanda iştirak etməyib
Növbəti“Azərbaycan Dəmir Yolları”QSC-də İkitərəfli əməkdaşlıq əlaqələri müzakirə olunub