Respublika Perinatal Mərkəzində baş vermiş yanğının təfərrüatları məlum olub

Yanğın Respublika Perinatal Mərkəzinin dördüncü mərtəbəsində baş verib.

“Report” xəbər verir ki, bu barədə Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Rza Xudiyev bildirilib.

Bildirilib ki, yanğın bir otaqda 35 kv m sahəni əhatə edib. Binanın dörd və üçüncü mərtəbələrindəki pasiyent və personal təxliyə olunub.

Vurğulanıb ki, hadisənin ilkin səbəbi hələlik bəlli deyil.

ƏvvəlkiPerinatal Mərkəzində yanğın zamanı zəhərlənən və Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilmiş iki nəfər evə buraxılıb
NövbətiPrezidentin köməkçisi Anar Ələkbərov Respublika Perinatal Mərkəzində hadisə yerinə və yanğın zamanı tüstüdən zəhərlənənlərə baş çəkib