“Report”un Vətən müharibəsində iştirak etmiş əməkdaşına medal təqdim olunub

“Report” İnformasiya Agentliyinin Vətən müharibəsində iştirak etmiş əməkdaşı Səbuhi Məmmədova “Xocavəndin azad olunmasına görə” medalı təqdim olunub.

“Report” xəbər verir ki, ona medalı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Rayon Şöbəsinin rəhbərliyi təqdim edib.

Xatırladaq ki, S.Məmmədov Vətən müharibəsi dövründə Xocavənd rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. O, torpaqlarımızın düşməndən təmizlənməsi əməliyyatlarında igidlik və şücaət göstərib.

Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, S.Məmmədov “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.

Bundan başqa, o, “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalı ilə də təltif olunub.

ƏvvəlkiBDU-nun 50 kafedrasına yeni müdir seçilib
NövbətiƏli Əsədov və Samir Nuriyevin azad olunan ərazilərə səfəri başlayıb