Rəşad Nəbiyev TRASEKA-nın Baş katibi ilə görüşüb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev TRASEKA-nın Baş katibi Aset Asavbayevlə görüşüb.

“Report” xəbər verir ki, bu barədə nazir “Twitter”də yazıb.

“TRASEKA-nın Baş katibi Aset Asavbayevlə görüş keçirdim. TRASEKA çərçivəsində əməkdaşlığın mövcud vəziyyəti, nəqliyyat dəhlizinin rəqabət qabiliyyətliliyinin artırılması istiqamətində həyata keçirilən prioritet layihələri və gələcək inkişaf perspektivlərini müzakirə etdik.”- o qeyd edib.

ƏvvəlkiBalakəndə polis əməkdaşı xidməti silahla özünü öldürüb
NövbətiNiderland və Avstriya milliləri pley-off mərhələsinə vəsiqələrini rəsmiləşdiriblər