“Rəqəmsal transformasiya strategiyası” mövzusunda videokonfrans keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İslahat Könüllüləri Təşkilatının təşəbbüsü ilə İİTKM-in Rəqəmsal Ticarət Qovşağının (RTQ) rəhbəri Nicat Əsədlinin və e-Estoniyanın rəqəmsal transformasiya məsləhətçisi Florian Markusun könüllülərlə “Rəqəmsal transformasiya strategiyası” mövzusunda görüşü keçirilib.

İİTKM-dən AZƏRTAC-a bildirilib ki, videokonfrans formatında keçirilən görüş zamanı Florian Markus rəqəmsal transformasiya sahəsində Estoniya təcrübəsini könüllülərlə bölüşüb. Həmçinin RTQ-nin rəhbəri Nicat Əsədli Azərbaycanda bu sahədə görülən işlər, innovativ layihələr, elektron və mobil rezidentliklə bağlı könüllüləri məlumatlandırıb.

Könüllülər isə mövzu ilə bağlı fikir mübadiləsində iştirak edib, suallarını ünvanlayıblar.

ƏvvəlkiMagistraturaların boş qalan plan yerlərinə müsabiqənin nəticələri açıqlanıb
NövbətiNəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə “Alibaba Group” arasında əməkdaşlıq imkanları müzakirə edilib