Rəfael Cəbrayılova izahat yazdırdılar- DEPUTATA GÖRƏ PARLAMENT İKİYƏ BÖLÜNÜB

Milli Məclisin adı tez-tez qalmaqallarda hallanan deputatı Rəfael Cəbrayılovun növbəti borc olayı onun mandatını təhlükə altında qoyub.

Belə ki, deputat mandatını pul əvəzində girov qoyan  R.Cəbrayılovun  sonradan onu ifşa edən video və səs yazısı yayılıb.

Bəzi iddialara görə, Milli Məclisin İntizam Komitəsi Rəfael Cəbrayılovla bağlı toplanacaq. Komitənin verdiyi rəydən sonra onun mandatından məhrum edilməsi plenar iclasa çıxarılacaq.

Gununsesi.org-un araşdırması zamanı məsələ ilə bağlı bəzi maraqlı məqamlar üzə çıxıb.

Hakimiyyətyönümlü deputatın hərəkətinin iqtidarı üçün mənfi rəy yaratdığını iddia edən bəzi həmkarları onun dərhal cəzalandırılmasını tələb edib.

Ancaq Milli Məclisdə Rəfael Cəbrayılovun tərəfarlarının da üzə çıxması məsələni sual altında qoyub.

Belə ki, bir sıra həmkarları şəxsi borc məsələsinə görə onun cəzalandırılmasının əleyhinə çıxıb.

Milli Məclisdə mövqelərin ikiyə bölünməsi deputatın gələcək taleyi ilə bağlı qeyri-müəyyən vəziyyət yaradıb.

Araşdırmamız zamanı o da bəlli olub ki, Rəfael Cəbrayılov Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevin iş otağında spiker Oqtay Əsədov üçün izahat yazıb.

ƏvvəlkiSosial və kadr islahatları artıq ciddi bəhrəsini verir
NövbətiGürcüstan azərbaycanlıları oğul övladına daha çox üstünlük verirlər