Quru Qoşunlarında döyüş atışlı taktiki təlimlər keçirilib

Cari ilin döyüş hazırlığı planına uyğun olaraq Quru Qoşunlarının motoatıcı bölmələrində döyüş atışlı taktiki təlimlər keçirilib.

Təlimlərə cəlb olunan bölmələr praktiki fəaliyyətləri yerinə yetiriblər.

Bölmələr döyüş texnikası üzərində müxtəlif irəliləmə üsullarını məşq etdiriblər və təyin olunmuş marşrutla hərəkət edərək şərti düşmən mövqelərinə yaxınlaşmaq, eləcə də aşkar olunan hədəflərin məhv edilməsi üzrə tapşırıqları uğurla yerinə yetiriblər.

Vətən müharibəsində və müasir döyüş əməliyyatlarında qazanılan təcrübələr nəzərə alınmaqla keçirilən təlimlərin əsas məqsədi motoatıcı bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsi, o cümlədən şəxsi heyətin səhra və praktiki vərdişlərinin inkişaf etdirilməsidir.

ƏvvəlkiPrezident İlham Əliyev: Şimal-Cənub dəhlizinin potensialının artırılması bu layihədə iştirak edən bütün ölkələrin maraqlarına uyğun olacaq
Növbətiİkinci “4.4 Qısa Tamaşalar Festivalı”nın proqramı açıqlanıb