Qurban bayramına görə Azərbaycanda 4 gün iş olmayacaq

Azərbaycanda Qurban bayramı ilə əlaqədar iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci il 19 iyul iş günü ilə 17 iyul istirahət gününün yerləri dəyişdirilib.

“Report” xəbər verir ki, bununla əlaqədar Baş nazir Əli Əsədov “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” qərar imzalayıb.

Qeyd edək ki, iyulun 20 və 21-də Azərbaycanda Qurban bayramı qeyd olunacaq. Əmək Məcəlləsinə əsasən, qeyd olunan günlər qeyri-iş günləri sayılır.

ƏvvəlkiAşqabadda politoloqların və jurnalistlərin iştirakı ilə mediaforum keçirilib
NövbətiPrezident İlham Əliyev Ələt Azad İqtisadi Zonasının təməlini qoyub, Azərbaycan Televiziyasına müsahibə verib