Qubanın Zərdabi qəsəbəsində yeni məktəb binasının tikintisi növbəti tədris ilinədək yekunlaşacaq

Quba rayonunun Zərdabi qəsəbəsində 850 şagird yerlik yeni məktəb binasının inşasına başlanılıb.

AZƏRTAC xəbər verir ki, məktəb binasının tikintisinin növbəti tədris ilinə kimi başa çatdırılması nəzərdə tutulub.

Bayram Şixəmirov adına tam orta məktəb üçün tikilən yeni bina üçmərtəbəlidir.

Hazırda təhsil ocağının bünövrəsinin tikintisi aparılır. Beş korpusdan ibarət binanın məktəbdə sinif, gənclərin çağırışaqədər hazırlığı, əmək təlimi və kompüter otaqları, laboratoriyalar, idman, akt, oxu zalları, kitabxana və yeməkxana olacaq.

Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz ediləcək. Yeni məktəb binasının həyətində qazanxana və su çənləri də tikiləcək.

Məktəbin direktoru Aygün İbrahimova bildirib ki, Zərdabi qəsəbə Bayram Şixəmirov adına tam orta məktəbin köhnə binası 45 il öncə istifadəyə verilib. Bina istismar müddətini başa vurduğundan yenisi ilə əvəz olunmasına ehtiyac yaranmışdı.

Əvvəlki“ADY Konteyner” “Rail Cargo Macarıstan”la əməkdaşlığa başlayır
NövbətiTokio olimpiadasının devizi açıqlandı – VİDEO