Qubadlıda bir nəfər minaya düşərək ağır dərəcəli bədən xəsarətləri alıb

Aprelin 22-si saat 18 radələrində Qubadlı rayonu ərazisində 1993-cü il təvəllüdlü Bəybala Nəsibovun minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Bu barədə Trend-ə Qubadlı rayon prokurorluğuna istinadən xəbər verir.

Aparılmış araşdırmalarla Bəybala Nəsibovun rayonun Teymur Müskanlı kəndi ərazisində olarkən piyada əleyhinə minaya düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alması müəyyən edilmişdir.

Hazırda faktla bağlı Qubadlı rayon prokurorluğunda araşdırma aparılır.