Mirvarid Dilbazi saytı ictimaiyyətə təqdim olundu

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 22 aprel 2022-ci ildə “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin həyata keçirdiyi Mirvarid Dilbazi Azərbaycanın ilk qadın xalq şairi layihəsi çərçivəsində “https://www.mirvariddilbazi.az” saytının təqdimat mərasimi keçirildi.

Tədbiri giriş sözü ilə açan Mirvarid Dilbazi Poeziya Məclisi ictimai birliyinin sədri, şair-publisist Güllü Eldar Tomarlı bildirdi ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə başa gələn sayt, bu gündən oxucuların istifadəsinə verilmişdir.

Tədbirdə çıxış edən Mirvarid Dilbazinin qızı Xatirə Dilbazi, professor Qüdrət İsaqov, tibb üzrə fəlsəfə doktoru Nağdəli Zamanov, əməkdar mədəniyyət işçisi Əli Məhərrəmov, “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədr-muavini Vüsal Əmirov, “Ulduz” informasiya kommunikasiya texnologiyaları sahəsində maarifləndirmə İctimai Birliyinin sədri Samir Həsənov, şair-publisist Aqşin Ağkəmərli, “Aşıq Pəri Məclisi” Ozan Sənətinin Təbliği İctimai Birliyinin sədri, şair Pərvanə Zəngəzurlu, şair Südabə İrəvanlı, şair-publisist Zərəngiz Dəmirçi Qayalı, şair Rafail Tağızadə, rəssam Qafar Sarıvəlli, şair-bəstəkar Aysel Kərim, QHT rəhbərləri, Mirvarid Dilbazinin yaxınları və başqaları çıxış edərək bildirdilər ki, müasir texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə oxucuların istifadəsinə təqdim edilən mirvariddilbazi.az saytı Mirvarid Dilbazinin zəngin irsini daha dərindən öyrənilməsinə böyük şərait yaradacaqdır.

ƏvvəlkiŞuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var
NövbətiQubadlıda bir nəfər minaya düşərək ağır dərəcəli bədən xəsarətləri alıb