Qubada külək bəzi yaşayış məntəqələrini işıqsız qoydu

Qubada güclü külək elektrik enerjisinin verilişində fasilələrə səbəb olub.

“Report”un Şimal bürosunun verdiyi məlumata görə, rayon ərazisində elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Qonaqkənd, Alpan, Alekseyevka və İqriq kəndlərində yüksək gərginlikli elektrik xətlərində enerjinin verilməsində məhdudiyyətlər olub.

Hazırda İqriq xəttində problemin aradan qaldırılması işləri aparılır, digər xətlərdə problemlər aradan qaldırılıb.

Əvvəlki“Avro-2020”: Belçika millisi növbəti mərhələyə vəsiqə qazanıb
NövbətiAzərbaycan HHQ-nin nümayəndələri “Anadolu Qartalı – 2021” təlimində iştirak edəcək