Qobuda təcili yardımın ünvana çatmasına bərbad yol imkan verməyib

Türk.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Abşeron rayonunun Qobu qəsəbəsinin sakini 1964-cü il təvəllüdlü Quliyeva Reyhan Məhərrəm qızının səhhəti kəskin pisləşdiyi üçün yaşadığı ünvana həkim briqadası çağırılmış, lakin yolun keçilməzliyi səbəbilə Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (TTTYS) avtomobili  çağırış olan əraziyə çata bilməmişdir.

Daxil olmuş məlumatla əlaqədar Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər xəstəni xərəklə TTTYS-nin avtomobilinin olduğu əraziyə çatdıraraq həkim briqadasına təhvil vermişlər.

Əməliyyat başa çatmışdır.​

ƏvvəlkiAzərbaycanlı zəvvarlar Ümrə ziyarətini yerinə yetirib
NövbətiTürk dünyası bir araya gəldi: 250 min insan…