“Qızıl Qlobus” mükafatının qalibləri məlum olub

“Bohem rapsodiyası” filmi 2018-ci il üzrə “Ən yaxşı dram filmi” nominasiyasında “Qızıl Qlobus” mükafatına layiq görülüb.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, “Ən yaxşı dramatik film aktyoru” mükafatını Fredi Merkuri roluna görə aktyor Rami Malekqazanıb.

“The Vife” adlı ekran əsərindəki roluna görə, Glenn Close “Ən yaxşı dramatik film aktrisası” nominasiyasına layiq görülüb.

Rejissoru Peter Farrelly olan “Yaşıl kitab” filmi “Ən yaxşı film komediya yaxud muzikl” kateqoriyasında “Qızıl Qlobus” mükafatı qazanıb.

Qeyd edək ki, “Qızıl Qlobus” mükafatına namizədlər arasında “A Star Is Born”, “Black Panter”, “Beale Street konuşabilseydi” ve “Kara klanovets” kinoları da olub.

ƏvvəlkiRusiyada avtobusun aşması nəticəsində yaralanan azərbaycanlıların sayı artıb
NövbətiÖzbəkistanın interpress.uz portalı Azərbaycanla bağlı məqalə yayıb