Qazaxıstan telekanalı Heydər Əliyevin xatirəsinə həsr olunmuş film hazırlayıb

Qazaxıstanın “Qazaqstan” telekanalı Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş film hazırlayıb.

Bu barədə “Report”a Qazaxıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilir ki, film müasir Azərbaycanın memarı, görkəmli dövlət xadimi, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş layihə çərçivəsində hazırlanıb.

Film Qazaxıstanın və Azərbaycanın siyasətçilərinin, dövlət və ictimai xadimlərinin Heydər Əliyevlə bağlı xatirələrini əks etdirir. Çəkilişlər Astana, Aktau və Bakıda aparılıb.

ƏvvəlkiGəncə İdman Sarayı gələn ildən beynəlxalq yarışlara ev sahibliyi edəcək
Növbəti74-cü Beynəlxalq Astronavtika Konqresinə rekord sayda – 95 ölkədən elmi iş təqdim olunub