Qış fəslinin Azərbaycana gəlmə vaxtı açıqlanıb

Bu il qış fəslinin Azərbaycana gəlmə vaxtı məlum olub.

AZƏRTAC xəbər verir ki, bu barədə AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov məlumat verib.

Alim qeyd edib ki, qış fəslinin Azərbaycana gəlişi dekabrın 22-si Bakı vaxtı ilə saat 02:22-də baş verəcək. Həmin tarixdə payız fəsli başa çatacaq, ölkə ərazisinə qış fəsli daxil olacaq.

Əvvəlki“Kastamonu 2018-türk dünyasının mədəniyyət paytaxtı”nın bağlanış mərasimi olub
NövbətiGələn ildən 500 mindən çox vətəndaş 7 il əməkhaqqıdan gəlir vergisi ödəməyəcək