Qırğızıstanla TÜRKPA arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub

Qırğızıstan Prezidentinin səlahiyyətlərini icra edən Talant Mamıtov ölkədə keçiriləcək növbədənkənar prezident seçkilərində və referendumda müşahidəçi kimi iştirak etmək üçün Bişkekdə olan TÜRKPA-nın nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC Qırğızıstan parlamenti-Joqorku Keneşin mətbuat xidmətinə istinadla xəbər verir ki, görüşdə TÜRKPA ilə Qırğızıstan arasında əlaqələrin daha da genişləndirilməsinə, üzv ölkələr arasında daha sıx münasibətlərin qurulmasına dair müzakirələr aparılıb.

Söhbət zamanı Talant Mamıtov TÜRKPA müşahidə missiyasının təcrübəsini yüksək qiymətləndirib və bildirib ki, bu, təşkilatın beynəlxalq arenada rolunun möhkəmləndirilməsi üçün olduqca vacibdir.

Missiyanın əlaqələndiricisi Rəcəb Şəkər bildirib ki, TÜRKPA-nın müşahidə missiyası üzv dövlətlərdə keçirilən seçkiləri fəal şəkildə izləyir və obyektiv münasibət bildirir.

ƏvvəlkiAzərbaycanda koronavirus infeksiyasından 1879 nəfər sağalıb, 532 yeni yoluxma faktı qeydə alınıb
NövbətiPeşə təhsili üzrə “Dərs vaxtı” proqramı cədvələ uyğun təqdim edilib