Qırğızıstanın yeni hökumətinin üzvləri and içiblər

Qırğızıstan qanunlarına uyğun olaraq yeni hökumətin üzvləri ölkə parlamenti-Joqorku Keneşdə and içiblər.

AZƏRTAC Qırğızıstan parlamentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, dövlət başçısı Sadır Japarov mərasimdə çıxış edərək hökumətin yeni üzvlərinə uğurlar arzulayıb.

Nazirlər Kabinetinin (NK) sədri Akılbek Japarov, NK sədrinin birinci müavini Arzıbek Kojoşev, sədrin müavinləri Aziz Aliyev və Edil Baysalov, NK sədrinin müavini, Dövlət Təhlükəsizliyi Komitəsinin sədri Kamçıbek Taşıyev, yeni təsdiq edilən nazirlər sağ əllərini Konstitusiyanın üzərinə qoyaraq Prezidentin, Joqorku Keneşin deputatlarının və hökumətin yeni üzvlərinin qarşısında vətənə sədaqət andı içiblər.

ƏvvəlkiPrezident İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə müsahibə verib
NövbətiBu gün Azərbaycanda COVID-19 əleyhinə 36 min dozadan çox peyvənd vurulub