Qırğızıstanda COVID-19-a yoluxanların sayı 42 minə çatıb

Son sutka ərzində Qırğızıstanda COVID-19 koronavirusuna 135 nəfər yoluxub və yoluxanların ümumi sayı 41 min 991 nəfərə çatıb.

AZƏRTAC Qırğızıstan Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son gündə virusdan 1 xəstə ölüb və bu xəstəlikdən vəfat edənlərin sayı 1496 nəfərə çatıb.

Bildirilib ki, son gündə virusa 5, ümumiyyətlə isə 3 min 35 tibb işçisi yoluxub.

Məlumatda, həmçinin qeyd edilir ki, son gündə Moskvadan Bişkekə 406, Yekaterinburqdan isə 158 Qırğızıstan vətəndaşı gətirilib.

ƏvvəlkiAzərbaycan Texniki Universiteti “Cisco” şirkəti ilə əməkdaşlıq edəcək
NövbətiRusiyanın hərbi gəmiləri Bakıya gəlib