Qırğızıstan prezidenti ölkənin ərazi bütövlüyünə təhlükə haqqında bildirib

Qırğızıstan prezidenti Sadır Japarov bildirib ki, Tacikistanla sərhəd münaqişəsi ölkənin ərazi bütövlüyünü təhlükə altına qoyub.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

“28-30 aprel Qırğızıstanın xalqı üçün ağır tarixi sınaq və kədər günləri oldu”, – deyə Tacikistanla sərhəddə münaqişə haqqında danışan Japarov deyib. “Müqəddəs Vətənimizin ərazi bütövlüyü və təhlükəsizliyi təhdidi altında idi, dinc sakinlərimizin asayişi pozulmuşdu”, – o deyib.

Dövlət başçısı qeyd edib ki, Qırğızıstan ordusu heç vaxt qonşu dövlətlərin ərazisinə soxulmayacaq. “Biz heç vaxt silahlı qüvvələrimizə qonşu dövlətin kəndlərinə soxulmağa, dinc sakinlərə hücüm etməyə və onların evlərini dağıtmağa icazə verməyəcəyik”, – iki dövlətin sərhədində hərbi qulluqçularının toqquşmalarını şərh edən prezident vurğulayıb. Dövlət başçısı bildirib ki, o, silahlı toqquşmalar zamanı ölkənin hərbi qulluqçularından Qırğızıstan sərhədini keçməməyi və birinci atəş açmamağı tələb edib.

Qeyd edək ki, aprelin 28-də Qırğızıstan və Tacikistan sərhədində yerli sakinlər arasında münaqişə olub. Qırğızıstanda sərhəd münaqişəsinə görə 78 ev zərər çəkib. Ölkə münaqişə zonasından 33 mindən çox vətəndaşını təxliyə edib.

Toqquşmalar nəticəsində hər iki tərəfdən təxminən 40 nəfər həlak olub, 200-dən çox insan xəsarət alıb.

ƏvvəlkiLəğv olunan 4 bankın əmanətçilərinə 640 mln. manatadək kompensasiya ödənilib
NövbətiTeledərslərin mayın 3-nə olan cədvəli açıqlanıb