“QHT ziyarətləri” layihəsi çərçivəsində Gəncə və Şəmkirdə görüşlər keçirilib

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyi “QHT ziyarətləri” layihəsi çərçivəsində Gəncə və Şəmkir şəhərlərində növbəti görüşlər keçirib.

Agentlikdən AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində Gəncədə “Təmas” Regional İnkişaf ictimai birliyi, Gəncə Aqrobiznes Assosiasiyası (GABA), “Gəncə Avro-Atlantik Məlumat Mərkəzi” ictimai birliyi, Sahibkar Qadınlar ictimai birliyi, “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” ictimai birliyi, “Regional inkişaf üzrə maarifləndirmə” ictimai birliyi və Şəmkir rayonunda yerləşən “Şəmkir Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim” ictimai birliyinin ofisləri ziyarət edilib.

“QHT ziyarətləri”ndə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının məsul əməkdaşları Rahu Şirinova və Əli Pənahov, Agentliyin Müşahidə Şurasının üzvləri Azər Allahverənov, Nurəddin Mehdiyev və Agentliyin məsul əməkdaşları iştirak ediblər.

Görüşlər zamanı QHT sədrləri öz fəaliyyətləri haqqında geniş məlumat veriblər. Onların təklif və problemləri dinlənilib.

ƏvvəlkiMaya Sandu Prezident İlham Əliyevə zəng edib
NövbətiBakı Dövlət Universitetində I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirilib