QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Rəy Komissiyasının növbəti iclası keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına qrant verilməsinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə, gənclər siyasəti sahəsində qrantlara münasibətdə isə, həmçinin Azərbaycan Respublikasının Gənclər Fondu ilə razılaşdırılması Qaydası”nın icrasını təmin etmək məqsədilə yaradılmış Rəy Komissiyasının növbəti iclası keçirilib.

Agentlikdən AZƏRTAC-a bildiriblər ki, iclasda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən müsabiqələrə və qrant vasitəsilə maliyyələşdirilməsi nəzərdə tutulan mövzulara dair təqdim edilən müraciətlərə baxılıb.

Müzakirələrin nəticələri barədə qərarlar aidiyyəti üzrə Müşahidə Şurasına təqdim olunması məqsədilə protokollaşdırılıb.

ƏvvəlkiTəhsilin İnkişafı Fondu yaradılıb
NövbətiPrezident İlham Əliyev Şahin Seyidzadəni “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edib