QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə KOBİA arasında birgə əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ofisində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) əməkdaşları ilə görüş keçirilib.

Agentlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə Agentliyin layihələrin İdarəedilməsi departamentinin müdiri Elnur Bağırlı, layihələrin İdarəedilməsi üzrə menecer Nigar Ağakişiyeva, Hüquq məsələləri üzrə menecer Elsevər Musayev iştirak ediblər.

Görüşdə birgə əməkdaşlıq, layihələrin icrasında texniki dəstəyin göstərilməsi müzakirə edilib.

KOB dostu departamentinin müdir müavini Adil Əhmədov və həmin departamentinin Regional layihələrlə iş monitorinq şöbəsinin aparıcı mütəxəssisi Aygün Əhmədova regionlarda layihələrin davamlılığının təmin olunması ilə təşəbbüslər irəli sürüblər. Qeyd edilib ki, KOBİA-nın 31 regionda KOB dostu fəaliyyət göstərir və onların dəstəyi ilə layihələrin davamlılığını təmin etmək olar. Birgə və bir neçə digər dövlət qurumunu cəlb etməklə regionlar üçün “İcma inkişaf proqramı”nın yaradılması təklif olunub.

Görüş qarşılıqlı fikir mübadiləsi şəklində davam edib.

ƏvvəlkiAprelin 14-də Azərbaycanda COVID-19 əleyhinə 7 min dozadan çox vaksin vurulub
Növbəti“Erkən Nikah və Çarəsizlik” mövzusunda növbəti təlim keçirilib- VII təlim