QHT kommunal sahədə baş verən korrupsiyanı araşdıracaq

“İctimai İştirakçılığın Dəstəklənməsi” İctimai Birliyi “Kommunal sahədə korrupsiyanın səbəbləri və  xüsusiyyətlərinin öyrənilməsi” layihəsinə start verib.

Fevralın 1-dən start götürən layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

Layihənin əsas məqsədi kommunal sahədə korrupsiyanın səbəbləri və xüsusiyyətlərini araşdırmaqdır. Bunun üçün vətəndaşlar arasında indikatorlar üzrə sorğu keçirləcək, dəyirmi masalar təşkil olunacaq və korrupsiyaya yol açan problemlərə aydınlıq gətirləcək.

İctimai Birliyin mövqeyinə görə, kommunal sektor hələ də bazar dəyişikliklərindən az təsirlənmiş bir sahədir. Kommunal qurumların cari xərcləri hökümətin büdcəsi hesabına maliyyələşdirilir, xərc və zərərləri azaltmaq üçün rəqabət və təşviq yoxdur, özəl biznes və özəl investisiyaları bu sahəyə cəlb etmək mümkün olmur. Alternativ xidmətlər göstərən qurumların olmaması və kommunal sahənin sırf hökümətin nəzarətində olması, nəzarət mexanizimlərinin mürəkkəbliyi  korrupsiya və rüşvətə yol açır.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi

Hökümət kommunal sahələrə daha ciddi nəzarət edə bilmək üçün  bir çox istiqamətdə işlər görür və layihələr həyata keçirir. Bunun üçün Azərbaycan hökuməti 2011-ci ildən Açıq Hökümət Tərəfdaşlığı beynəlxalq təşəbbüsünə qoşulub. Hökümət AHT çərçivəsində hər il müəyyən layihələr həyata keçrir ki, korrupsiya və rüşvəti yaradan əsas məsələləri araşdırıb, onun qarşısını alsın.

İctimai Birlik də bu istiqamətdə  zaman-zaman uğurlu layihələr həyata keçrib. Yeni başladığmız bu layihə də işlərmizin davamı kimi qiymətləndirilə bilər.

ƏvvəlkiOPEC+ hasilatla bağlı qərar verdi, Azərbaycan da razılaşdı
NövbətiDYP sürücü və sərnişinlərə xəbərdarlıq edib