Qeydiyyatdan keçən beynəlxalq və yerli müşahidəçilərin sayı açıqlanıb

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar indiyə qədər 64 min 48 yerli müşahidəçi qeydiyyatdan keçib.

“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

O əlavə edib ki, parlament seçkiləri ilə əlaqədar akkreditasiyadan keçən beynəlxalq müşahidəçilərin sayı 842-yə çatıb.

Qeyd edək ki, Milli Məclisə seçkilər fevralın 9-da keçiriləcək.

ƏvvəlkiSubartezian quyularının qazılmasına 840 min manat ayrılıb
NövbətiPaşinyandan gülməli açıqlama