Qazaxıstanlı deputat: “Heydər Əliyevin türk irsinin inkişafına böyük təsiri olub”

“Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin türk dövlətlərinin konsolidasiyasının, eləcə də türk irsinin inkişafına böyük təsiri olub”.

“Report” xəbər verir ki, bunu Qazaxıstan Parlamenti Məclisinin deputatı Oljas Kuspekov Bakıda keçirilən “Heydər Əliyev – müasir müstəqil Azərbaycanın memarı və Azərbaycan multikulturalizminin banisidir” mövzusunda beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, Heydər Əliyev həqiqətən unikal tarixi şəxsiyyət və görkəmli siyasətçi idi: “Müstəqil Azərbaycanın möhkəm bünövrəsinin əsasını məhz o qoyub”.

O.Kuspekov vurğulayıb ki, Heydər Əliyevin səyləri sayəsində Azərbaycan beynəlxalq birliyin fəal üzvünə çevrilib: “Ulu Öndər Azərbaycanın mədəni müxtəlifliyinin əsl qoruyucusu idi. Onun baxışı ölkədə dəyişikliklər üçün katalizator rolunu oynayıb”.

Deputat qeyd edib ki, iki ölkə xalqlarını çoxəsrlik qardaşlıq telləri bağlayır: “Azərbaycan və Qazaxıstan arasındakı əlaqələr qarşılıqlı hörmət və əməkdaşlıq nümunəsidir”.

Əvvəlkiİvan Muşket: Azərbaycan mədəniyyətlərarası dialoq və tolerantlıq ənənələri ilə zəngin ölkədir
NövbətiAzərbaycan və Ermənistanla bugünkü görüş çox vacibdir – Şarl Mişel