Qazaxıstanda qalmış səkkiz vətəndaşımız vətənə təxliyə olunub

Azərbaycan hökuməti yeni koronavirus (COVID-19) pandemiyasının yayılma təhlükəsi səbəbindən sərhədlərin bağlanmasına görə, müvəqqəti (xidməti və şəxsi səfərlərlə əlaqədar) Qazaxıstanda qalmış daha 8 vətəndaşı və 5 Qazaxıstan vətəndaşını (ailə üzvləri) ölkəmizə təxliyə edib.

Azərbaycanın Aktaudakı Baş Konsulluğundan AZƏRTAC-a verilən məlumata görə, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Merkuri” bərə gəmisi ilə yola salınan vətəndaşların hamısı COVID-19 testindən keçiriliblər.

Ümumilikdə bu günə qədər baş konsulluq vasitəsilə Aktau limanından gəmi ilə 149 nəfər Vətənə göndərilib.

Azərbaycana təxliyə olunmağı gözləyən vətəndaşların baş konsulluqda qeydiyyatı davam etdirilir.

ƏvvəlkiLivandakı partlayışda ölənlərin sayı artıb
NövbətiBakı metrosunun sərnişindaşıma fəaliyyətinin dayandırılması müddəti avqustun 31-dək uzadılıb