Qazaxıstan Prezidenti Azərbaycana səfərə gəlir

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana səfər edəcək.

“Report” xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Səfər avqustun 24-də baş tutacaq.

Bildirilib ki, səfər çərçivəsində ticari-iqtisadi, nəqliyyat, logistika, mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi, həmçinin strateji tərəfdaşlığın inkişafı məsələləri müzakirə olunacaq.

Eyni zamanda iki ölkə arasında bir neçə sənədin imzalanması da gözlənilir.

ƏvvəlkiArtilleriyaçılarımız beynəlxalq müsabiqədə uğurla iştirak edirlər
NövbətiBTQ çərçivəsində gömrük prosedurlarının asanlaşdırılması ilə bağlı saziş imzalanıb