Qazaxıstan KİV və ictimaiyyət nümayəndələri Ağdamda erməni vəhşiliyinin şahidi olublar

Qazaxıstan KİV və ictimaiyyət nümayəndələri Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə səfər ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, nümayəndə heyəti Ağdamda ermənilərin törətdikləri vəhşiliklərlə tanış olub, işğal dövründə dağıdılmış yaşayış binalarına, mülki obyektlərə, dini, mədəni və tarixi abidələrə, o cümlədən İmarət kompleksinə, Ağdam Cümə məscidinə, Dram teatrının qalıqlarına və Şəhidlər xiyabanına baxış keçiriblər. Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin qərargahına gələn qonaqlara Ağdam şəhərinin inkişaf planı, burada həyata keçirilən bərpa-quruculuq işləri barədə də məlumat verilib.

ƏvvəlkiAzərbaycan-Macarıstan münasibətlərinin ildönümü ilə bağlı tədbir keçirilib
NövbətiƏli Əsədov Gürcüstanın xarici işlər naziri ilə görüşüb