Qazaxıstan ilə Türkiyə ortaq tarixi serial çəkəcək

Qazaxıstan Türkiyə ilə birlikdə tarixi film və serial çəkəcək. Filmin çəkilişi ilə iki ölkənin aparıcı telekanallarının məşğul olacağı nəzərdə tutulub.

AZƏRTAC xəbər verir ki, artıq Türkiyənin tanınmış prodüserləri tərəfindən 6 bölümdən ibarət “Alp Arslan” tarixi seriyalının Qazax çöllərində döyüş səhnələrinin çəkilməsinə qərar verilib.

Türkiyəli prodüser Emre Konuk Qazaxıstan haqqında telenovellərin yaradılmasında birgə çalışmağa hazır olduğunu bildirib.

Bundan başqa, tərəflər arasında “Korkıt Ata” tarixi filminin çəkilişləri ilə bağlı danışıqlar aparılır.

ƏvvəlkiDövlət komitəsi beynəlxalq təşkilatlara Ermənistanla bağlı müraciət etdi
NövbətiBakıda 5 avtobusun hərəkət sxemi dəyişdirildi