Qaxda itkin düşən şəxsin yanmış meyiti tapılıb, araşdırma aparılır

Mayın 25-də itkin düşmüş 1953-cü il təvəllüdlü Davud Yusifovun iyunun 2-də yanmış meyitinin aşkar edilməsi faktı üzrə Qax Rayon Prokurorluğunda araşdırma aparılır.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, hadisənin baş vermə halı və şəraiti tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

ƏvvəlkiƏƏSMN: “Şəhid ailələri və qazilərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib”
NövbətiDünya Bankı ilə qrant sazişi imzalandı