Qarabağda Rusiya hərbçisi ermənilərin basdırdığı minaya düşərək həlak olub

Şuşa şəhərinin ətrafında ərazilərin minalardan təmizlənməsi əməliyyatı zamanı partlayış baş verib.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın Müdafiə Nazirliyindən bildiriblər.

Məlumatda deyilir: “Dekabrın 17-si Şuşa yaxınlığında yolun bir hissəsinin minalardan təmizlənməsi zamanı partlayış baş verib. Partlayış nəticəsində Minaların Təmizlənməsi üzrə Beynəlxalq Mərkəzin minalardan təmizlənməsi qrupunun bir zabiti ağır yaralanıb”.

Bildirilir ki, hadisə yerində zabitə ilkin tibbi yardım göstərilib: “Yaralanan zabit hospitala aparılarkən vəfat edib”.
ƏvvəlkiAzərbaycanda koronavirus infeksiyasından 4188 nəfər sağalıb, 3962 yeni yoluxma faktı qeydə alınıb
NövbətiErmənilər Qafan yaxınlığında boşaldılan kəndi də yandırdı