Qarabağda biznes fəaliyyəti ilə bağlı 1100-ə yaxın müraciət daxil olub

KOBİA tərəfindən həm Qarabağın iqtisadi potensialının beynəlxalq müstəvidə tanıdılması, həm də işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlıq subyektlərinin müraciətlərinin toplanması istiqamətində işlər davam etdirilir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

“Bu günədək KOBİA-ya təqribən 1100-ə yaxın müraciət daxil olub ki, onların 390-a yaxını xarici şirkətlərdən olan müraciətlərdir. Sadalanan bu rəqəmlər həm yerli, həm də xarici sahibkarların Qarabağda biznes fəaliyyətinə olan marağını göstərir. Əlbəttə ki, sahibkarların bu sahədə fəallığı bölgənin qısa müddət ərzində bərpasına və inkişafına öz töhfəsini verəcək”, – deyə Orxan Məmmədov vurğulayıb.

ƏvvəlkiLeysan xarakterli yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək
NövbətiHəkəri və Bərgüşad çaylarına balıq körpələri buraxılıb