“Qarabağ” UEFA Avropa Liqasında pley-offa yüksəlib

“Qarabağ” UEFA Avropa Liqasının III təsnifat mərhələsində cavab oyununu keçirib.

“Report”un məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Finlandiyada HİK-in qonağı olub.

“Bolt Arena”da baş tutan qarşılaşma “köhlən atlar”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandanın qollarını 45+3-cü dəqiqədə penaltidən Toral Bayramov, 55-ci dəqiqədə isə Yassin Benzia vurub. Meydan sahiblərinin heyətində Santeri Hostikka 11-ci dəqiqədə fərqlənib. Kevin Kuassivi-Benissan isə 17-ci dəqiqədə ikinci sarı vərəqəni alaraq Helsinki klubunu azlıqda qoyub.

İlk matçda da rəqibini eyni hesabla üstələyən “Qarabağ” UEFA Avropa Liqasının pley-offuna yüksəlib. Ağdamlılar bu raundda Sloveniya çempionu “Olimpiya” ilə üz-üzə gələcək.

ƏvvəlkiAzərbaycan və Özbəkistan digər ölkələrə zərgərlik məmulatları sata bilərlər
NövbətiTürkiyə Rusiyaya xəbərdarlıq edib